📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kürdəmirdə ağır qəza: maşın su kanalına düşdü

2022-02-17 17:09:00

Kürdəmirdə ağır qəza: maşın su kanalına düşdü

Kürdəmir rayonunda avtomobil su kanalına düşüb.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sor-Sor kəndi ərazisində içərisində 1 nəfərin olduğu ehtimal edilən "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Axar.az