📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kürdəmirdə ağır qəza: üç nəfər öldü

2023-10-29 00:20:19

Kürdəmirdə ağır qəza: üç nəfər öldü

Kürdəmir ərazisində ağır avtomobil qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.Az-a verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Fariz Valeh oğlu Əmrahovun idarə etdiyi "Mersedes" markalı avtomobillə Sənan Vüqar oğlu Kərimovun idarə etdiyi VAZ-2106 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Mersedes”in sürücüsü F.Əmrahov və VAZ-2106 markalı nəqliyyat vasitəsində olan sərnişinlər Hamlet Həbib oğlu İsmayıl və Zamiq Vaqif oğlu Cəbrayılov ölüblər.

VAZ-2106-nın sürücüsü S.Kərimov, eləcə də "Mersedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Ariz Fariz oğlu Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar aparılır.