Kürdəmirdə ailə faciəsi - Azyaşlı bacılar öldü
2023-03-06 10:15:00
Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, ötən gecə rayonun Karrar kəndində 2012-ci il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
qafqazinfo.az