📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kürdəmirdə bu yolda daha bir qəza baş verdi: ölən var

2023-08-08 17:30:00

Kürdəmirdə bu yolda daha bir qəza baş verdi: ölən var

Kürdəmir rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

KİA markalı avtomobilinin "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər ağır xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Meyit isə aidiyyəti üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, bu gün sözügedən yolda yük daşıyan TIR aşıb, nəqliyyat vasitəsinin qoşqusunda olan yüklər yola dağılıb.