📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kürdəmirdə gecə daha bir zəlzələ olub

2023-09-04 10:03:01

Kürdəmirdə gecə daha bir zəlzələ olub

Kürdəmir rayonunda üç maqnitudalı zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, - mərkəz diqqətə çatdırıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.