📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kürdəmirdə yaş yarımlıq körpə faciəvi şəkildə öldü

2023-10-12 17:55:40

Kürdəmirdə yaş yarımlıq körpə faciəvi şəkildə öldü

Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həyətyanı sahəyə içməli su gətirən QAZ-53 markalı su maşınının sürücüsü Sahib Sabir oğlu İsgəndərov avtomobili geriyə verərkən ehtiyatsızlıq edib və 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.