Kürdəmirdə yol qəzasında xəsarət alan piyada Bakıya gətirilib
Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan piyada Bakıya gətirilib.
Hurriyyet.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Qəza zamanı 1976-cı il təvəllüdlü Qüdrət İmanov ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi, sağ baldır sümüklərinin və sağtərəfli qasıq sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.