Kurikulum ləğv edildi - Nazir TƏSDİQLƏDİ
2022-04-12 13:03:00
Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.
Təhsil İnstitutuna (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.