📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın" - Firudin Cəlilov

2025-02-07 22:42:14

Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayevin keçirilən brifinqdə repetitorlarla bağlı danışarkən "Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır" deməsi müəllimlərin ürəyincə olmasa da, valideynlər tərəfindən müsbət qarşılanıb və müzakirələrə səbəb olub. 
Redaktor.Az-a açıqlamasında sabiq təhsil naziri Firudin Cəlilov E.Əmrullayevin təkliflərini dəstəklədiyini bildirib: 
"Təhsil naziri Emin Əmrullayev cavandı və çıxışlarından da görünür ki, təhsilimizdə yenilik etmək istəyir. Onun dünənki brifinqdə uşaqların dərs yükünün yüngülləşdirilməsi və digər təklifləri çox xoşuma gəldi. Əgər bunlar olsa, təhsilimizə öz müsbət töhfələrini vermiş olar. Onun repetitorluqla bağlı səsləndirdiyi fikirlər doğrudur. Bu kurikulum təhsilimizə gətiriləndən sonra repetitorluq da ortaya çıxdı. Ona görə də kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər". 

Vasif ƏLİHÜSEYN