📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kursk danışıqlarda Ukrayna üçün sığorta olacaq” - “Kiyev göstərdi ki, Rusiyanın qələbəsi qaçılmaz deyil”

2024-08-24 13:18:47

“Kursk danışıqlarda Ukrayna üçün sığorta olacaq” - “Kiyev göstərdi ki, Rusiyanın qələbəsi qaçılmaz deyil”

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətində keçirdiyi əməliyyat nümayiş etdirdi ki, Rusiya ordusunda çoxlu zəif yerlər var. 

Hurriyyet.az xəbər verir ki, “CNN”-in Kursk əməliyyatı ilə bağlı son şərhində belə deyilir.

Qeyd olunur ki, Kiyev bu əməliyyatla müttəfiqlərinə Ukraynanın məhvə məhkum olmadığını göstərdi və Qərbə müharibənin gedişatını dəyişə biləcəyi barədə siyasi mesaj göndərdi: "Ukrayna Silahlı Qüvvələri Ukrayna tərəfdarları arasında onun öz ərazilərinin böyük hissəsini geri almaq şansının az olduğuna dair artan fikirləri darmadağın edib. Kiyevin fikrincə, Kursk əməliyyatı göstərir ki, Ukrayna ordusu müttəfiqlərindən daimi, daha sürətli və daha yaxşı dəstək almağa layiqdir, çünki bu halda müharibənin gedişatını dəyişə bilər”.

Avstraliya ordusunun istefada olan general-mayoru Mik Rayan qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursku işğalının məqsədi “Rusiyanın qələbəsinin qaçılmaz olmadığını, Ukraynanın döyüşüb qalib gələ biləcəyini” göstərməkdir. Eyni zamanda o, Ukraynanın Qərb müttəfiqlərini nəinki Kiyevə dəstəyini saxlamağa, həm də verilən silahlara dair məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Bununla belə, CNN-in məlumatına görə, Ukrayna Rusiyanın dərinliklərindəki aerodromları daha uzun mənzilli ATACMS raketləri ilə hədəfə almaq istəyir, lakin Vaşinqton bununla razılaşmaq istəmir. Həmçinin, CNN qeyd edir ki, Rusiya ərazisinin zəbt edilməsi Ukraynanın istənilən danışıqlarda mövqeyini yaxşılaşdırır. Eyni zamanda, Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi və Ukraynanı güzəştli danışıqlara məcbur etməyə çalışacağı halda Kurskda ələ keçirilən ərazilər Ukrayna üçün sığorta rolunu oynayacaq.

Azpolitika.info