📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kurskda qızğın döyüşlər: Ukrayna “Aydar”ı göndərdi

2025-03-10 14:55:38

Kurskda qızğın döyüşlər: Ukrayna “Aydar”ı göndərdi

Ukrayna komandanlığı “Aydar” silahlı birləşmələrini Kursk vilayətindəki Kurilovka istiqamətinə yerləşdirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS Rusiya güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb.

“Düşmən “Aydar” silahlılarının yerləşdirildiyi Kurilovka ərazisindəki meşə sahəsindən Sucadakı qarnizonu üçün təchizat qurmağı planlaşdırır. Döyüşçülərimiz daha bir neçə kilometr irəliləyərək bu bölmənin bir neçə qrupunu artıq məhv ediblər”, - mənbə bildirib.

Qeyd edək ki, Rusiya ordusu bir neçə gündür Kurskda genişmiqyaslı hücum əməliyyatı aparır.

Axar.az