📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kurtlar Vadisi Pusu"nun məşhur aktyorunun vəziyyəti ağırdır - FOTO

2023-06-12 20:45:00

“Kurtlar Vadisi” serialında Cevat Akarsu obrazı ilə tanınan Şekip Taşpınar xəstəxanaya yerləşdirilib.

Hurriyyet.Az “Haberler.com”a istinadla xəbər verir ki, alkoqoldan zəhərlənən aktyor reanimasiya şöbəsindədir.

Vəziyyəti ağır olan Şekip Muğladakı Sıtkı Koçman Xəstəxanasındadır. 

Aktyorun həyat yoldaşı Berna Özdemir Taşpınar bütün pərəstişkarlarından dualar istəyib.

Oyunçunun meneceri Temmuz Karikutal aktyorla bağlı instaqram hesabından paylaşım edib.

“Ah, Şekib qardaş... İnanıram ki, reanimasiyadan sağ çıxacaqsan. Aramıza qayıt və bizi xoşbəxt et. Elə tez vidalaşmaq olmaz. Hələ edəcəyimiz çox iş var”, - paylaşımda qeyd olunub.

54 yaşlı aktyor "Kurtlar Vadisi Pusu", "Beyaz Gelincik", "Behzat Ç", "Karadayı", "Cesur Yürek", "Arıza", "Kanunsuz Topraklar" kimi bir çox layihədə iştirak edib.

 

 

Ölkə.Az