📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

La Liqada baş məşqçi dəyişikliyi reallaşdı

2024-05-27 21:31:13

La Liqada baş məşqçi dəyişikliyi reallaşdı

İspaniya La Liqasında məşqçi dəyişikliyi reallaşıb.

"Osasuna" Visente Morenonu baş məşqçi təyin edib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

49 yaşlı Moreno sonuncu dəfə Əndəlus təmsilçisi "Almeria"da çalışıb və burada ötən ilin sentyabrında ardıcıl 7 matçda qələbə qazanmadıqdan sonra qovulub. 

"Osasuna"nın əvvəlki baş məşqçisi altı mövsüm klubda çalışmış, Pamplona komandasını La Liqaya qaytaran və 2022/23 mövsümündə Kral Kubokunun finalına çıxaran Haqoba Arrasate idi. Gələn mövsüm Arrasate "Malyorka"nın baş məşqçisi olacaq. \\ Fanat.Az