Laçın aeroportu belə olacaq - FOTO
2022-08-27 17:11:00
Sosial şəbəkələrdə Azərbaycanın Laçın rayonunda tikilən yeni hava limanının maketinin görüntüləri yayılıb.
Hurriyyet.az xəbər verir ki, paylaşılan fotolarda hava limanının dispetçer qülləsi, əsas terminal binası, dayanacaq və uçuş-enmə zolağı görünür.
Qeyd edək ki, aeroportun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
