📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçın aeroportunun görüntüləri yayıldı – VİDEO

2022-08-31 11:50:00

Laçın aeroportunun görüntüləri yayıldı – VİDEO

Xəbər verdiyimiz kimi, Laçın rayonunun Qorçu kəndində Beynəlxalq Hava Limanı inşa edilir. Bu, artıq işğaldan azad edilən ərazilərdə tikilən 3-cü aeroportdur.

Hurriyyet.az xəbər verir ki, “Azerbaijan 7/24” Telegram kanalı aeroportda torpaq işlərinin həyata keçirildiyi ilə bağlı kadrlar yayımlayıb.

Qeyd edək ki, aeroportun 2024-cü ildə istifadəyə veriləcəyi gözlənir. Füzulidə tikilən ilk hava limanının rəsmi açılışı ötən il oktyabrın 26-da baş tutub.

Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Zəngilan aeroportunun inşası isə bu ilin sentyabrında tamamlanacaq.

Bizim.Media