📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçın dəhlizi boyunca yeni yol apreldə açılacaq - Rusiya XİN

2022-09-14 14:35:00

Laçın dəhlizi boyunca yeni yol apreldə açılacaq - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi Laçın dəhlizi boyunca yeni yolun apreldə açılacağını açıqlayıb.

Hurriyyet.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib. O deyib ki, Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-də açılacaq.

“Avqustun 30-dan etibarən Laçın şəhərindən və köhnə dəhliz marşrutunun mühafizə zolağında yerləşən digər yaşayış məntəqələrindən keçmək üçün müvəqqəti marşrut xətti üzrə nəqliyyatın hərəkəti həyata keçirilir”, - deyə Qonçar bildirib.

Onun sözlərinə görə, Laçın dəhlizinin iş rejimi dəyişməyəcək, Rusiya sülhməramlıları “müvəqqəti yola köçürülüb”, onlar 2023-cü ilin aprelində yeni marşruta keçəcəklər.

Qonçar onu da vurğulayıb ki, avqustun 24-də Ermənistan və Azərbaycan arasında razılaşma və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılıq əsasında köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb.