"Laçın dəhlizi ilə bağlı Rusiya Azərbaycan münasibətləri kəskinləşə bilər" - POLİTOLOQ
"Brüsseldən dövlət başçısı İlham Əliyev tərəfindən Yerevana və Moskvaya açıq mesaj :Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”, - dövlət başçısı bildirib"
Nikol Paşinyanla görüşündə dəhliz məsələsi gündəmə gələcək. Ermənistan bu məsələni müzakirə etmək istəmir. Artıq prezident gündəliyi açıqladı"
Bunu "Hürriyyət.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Prezidentin Laçın dəhlizi ilə bağlı mövqeyi xüsusi əhəmiyyət kəsb edir:
"Ümumiyyətlə, Ermənistan dehliz deyil, özü nəzarət etmək istədiyi yol vermək isəyirsə, 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə ziddir. Və Azərbaycanda haqlı olaraq Lacin dəhlizində post qoya bilər. Rusiyanın mövqeyinə gəldikdə isə, Rusiya Ermənistanı bundan sonra dəhlizə məcbur edə bilər. Əksi isə, Laçın dəhlizi ilə bağlı Rusiya Azərbaycan münasibətləri kəskinləşə bilər. Bu da Moskvanın marağında deyil".
YƏHYA