"Laçın-Xankəndi yolunda gömrük, sərhəd postları qoymaq lazımdır" - MÜBARİZ GÖYÜŞLÜ
"Həmçinin, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yaşayan azərbaycanlıların qayıtmağına nail olmaq, orada Azərbaycan bayrağını qaldırmaq, dövlət qurumlarının fəaliyyətini bərpa etmək lazımdır"
"Azərbaycan ekoaktivistləri və vətəndaş cəmiyyəti fəalları rus sülhməramlılarının şübhəli yük maşınının Laçın-Xankəndi yolundan keçməsinə icazə verməyiblər. Xalqın səbr-kasası daşıb. Rus sülhməramlıları erməni terrorçularını silahlandırmaqla, onlara silah-sursat, mina və s. verməklə öhdəliklərini və üzərlərinə düşən işi görmədiklərini hər dəfə nümayiş etdirirdilər". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın rəsmi qurumlarının, ictimai təşkilatlarının və şəxslərinin bu mövzuda dəfələrlə xəbərdarlıq etməsinə rəğmən, ruslar özlərini, davranışlarını düzəltmədilər: "Xankəndi və ətraf ərazidəki terrorçular, separatçılar da ruslara arxayın olub xam xəyallara, qisas, revanş istəklərinə düşmüşdülər. Arutunyanlar, vardanyanlar və onlara dəstək verən Moskvadakı siyasi-hərbi qruplar prosesin belə davam edəcəyinə, "DQR" adlı qondarma qurumu dirçəldə biləcəklərinə inanmağa başlamışdılar. Bu aksiyanı genişləndirmək, Laçın-Xankəndi yolunun Ermənistanla sərhədində Azərbaycana məxsus gömrük, sərhəd postları qoymaq lazımdır".
Mübariz Göyüşlü həmçinin, əlavə edib ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yaşayan azərbaycanlıların qayıtmağına nail olmaq, orada Azərbaycan bayrağını qaldırmaq, dövlət qurumlarının fəaliyyətini bərpa etmək lazımdır.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az