📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçın-Xankəndi yolundakı aksiya 106 gündür davam edir

2023-03-27 09:45:00

Laçın-Xankəndi yolundakı aksiya 106 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Hurriyyet.az xəbər verir ki, ictimai fəaller aksiyanı gecəboyu davam etdirib.

Onlar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb. (APA)