Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması labüddür - PREZİDENT
2023-03-14 17:53:00
Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub.
Hurriyyet.az xəbər verir ki, dövlət başçısı bu aksiyanın Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib.
Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində - Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib.
yenisabah.az