📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçın-Zabux yolunda ağır qəza - Ölən var

2023-06-16 09:27:00

Laçın-Zabux yolunda ağır qəza - Ölən var

Laçın rayonu ərazisində ağır yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, dünən saat 09 radələrində Laçın-Zabux yolunda Fərman Hüseynovun idarə etdiyi “MAN” markalı yük maşını enişli yoldakı döngədə idarəetmədən çıxıb.

Yoldan çıxan ağırtonnajlı yük maşını daha sonra qarşıdan gedən və Elman Qarayevin sürdüyü digər yük avtomobilinə çırpılıb. Nəticədə hər iki sürücü ağır xəsarətlər alıb. F.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

qafqazinfo.az