Laçına komendant təyin edildi
2022-08-26 17:54:00
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılıb.
Bu barədə Hurriyyet.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.
Qeyd edək ki, Laçın Rayon Polis Şöbəsinin rəisi və yeni komendant Adil Əsədovdur.