📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçında 2 nəfər minaya düşərək xəsarət alıb

2022-10-21 21:05:00

Laçında 2 nəfər minaya düşərək xəsarət alıb

Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.

Bu barədə Hurriyyet.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan qeyd olunub.