📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçında avtomobil aşıb, ölən var - RƏSMİ MƏLUMAT

2022-05-09 11:41:00

Laçında avtomobil aşıb, ölən var - RƏSMİ MƏLUMAT

Laçında avtomobil aşıb, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi "Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.