📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçında çoban minaya düşdü - Yenilənib

2023-04-12 15:44:00

Laçında çoban minaya düşdü - Yenilənib

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Laçındakı mina hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.

qafqazinfo.az