📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçında gərginlik buna görə yarandı - Çavuşoğlu

2023-04-14 12:20:00

Laçında gərginlik buna görə yarandı - Çavuşoğlu

Ermənistan müxtəlif yollarla Qarabağa silah göndərməyə çalışdı, təəssüf ki, yenidən gərginlik yarandı.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu gərginliyi aradan qaldırmaq və hərtərəfli sülh sazişi imzalandıqdan sonra yolların bərpasına və tikintisinə (Zəngəzur dəhlizi – red.) başlamaq lazımdır. Bu, elə Ermənistanın xeyrinədir”, - Çavuşoğlu bildirib.

Çavuşoğlu Azərbaycandan İran vasitəsilə Naxçıvana gedən yolun vacibliyindən də danışıb:

“Biz bunu da dəstəkləyirik, risklərdən qaçmaq üçün alternativ hər zaman lazımdır”.