📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçında maşın aşdı, sərnişinin beli sındı

2024-09-04 09:00:26

Laçında maşın aşdı, sərnişinin beli sındı

Laçın şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az-ın Report-a istinadən məlumatına görə, avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin Nağıyeva Yasəmən Abutalıb qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.