Laçında məşhur fotoqrafın layihəsi - Foto
2023-08-26 17:51:08
Dünya şöhrətli fotoqraf Rza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
“Laçında Rza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. Lakin 30 il ərzində Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə, Laçına qayıdırlar”,- paylaşımda qeyd olunub./axar.az/