📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçında minaya düşən fəhlə öldü - Foto

2022-04-30 11:14:00

Laçında minaya düşən fəhlə öldü - Foto

Ötən gün Laçında minaya düşən şirkət əməkdaşı Pərvin Salahov dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum doğulduğu Ağstafanın Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov Laçının işğaldan azad edilmiş Səfiyan kəndində piyada əleyhinə minaya düşüb. O, ərazidə təmir tikinti işləri aparan şirkətdə fəhlə kimi çalışırmış. P.Salahov minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almışdı.