📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laçında minaya düşən şəxs xəstəxanada öldü

2022-10-22 10:20:00

Laçında minaya düşən şəxs xəstəxanada öldü

Oktyabrın 21-i Laçının Suarası kəndi ərazisində minaya düşən şəxslərin biri vəfat edib.

Hurriyyet.az xəbər verir k, təmir-tikinti işləri aparan zaman minaya düşən 1977-ci il təvəllüdlü Elsevər Sovet oğlu Həmidov müalicə aldığı xəstəxanada tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, hadisə minadan təmizlənməmiş ərazidə qeydə alınıb. E.Həmidovla yanaşı həmkəndlisi Səbuhi Həsənov da minaya düşüb.

Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.