Laçından yan keçməklə tikilən yol bu tarixdə açılır
2022-02-22 14:09:00
Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.
“Artıq 28 km-lik yolun 17 km-i çəkilib, Həkəri çayının üzərində bir körpü tikilib”, - deyə o, qeyd edib.