📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lalə Azərtaş qaçırılan 12 yaşlı qızın görüntüsünü yaydı

2024-02-28 19:32:00

Lalə Azərtaş qaçırılan 12 yaşlı qızın görüntüsünü yaydı

Aparıcı Lalə Azərtaş daha bir erkən nikahı "Təsir dairəsi" proqramında yayımlayıb. 

O, 12 yaşlı qızın 30-dan yuxarı yaşı olan bir adama qaçırıldığının iddia edildiyini bildirib.

Aparıcı həmin şəxslərin görüntüsünü təqdim edib: "Video oğlanın həyatındə çəkilib. Gülü dərib qıza verir. Elə bil bir ata gülü qızına verir. Bu, 12 yaşlı qızın həyatı daha dəhşətlidir. Adətən çəkiliş edib sonra yayımlayıram. Amma bu dəfə əlimdə video və fotolar var deyə yayımlayıram".  

L.Azərtaş qızın bibisi ilə əlaqə saxlayıb. Məlum olub ki, qızın anası rəhmətə gedib, atası isə həbsxanadadır. 

Referans.az