Lalə Azərtaşın verilişində əlbəyaxa dava etdilər -Video
2023-10-31 15:55:21
"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb.
Hurriyyet.az xəbər verir ki, mübahisə proqramda ekspert qismində əyləşən jurnalist-şair Anar Vəziroğlu ilə probleminə görə müraciət edən Ramal adlı şəxs arasında yaranıb.
Canlı yayım zamanı biri-birinə hücum çəkən tərəfləri təhlükəsizlik əməkdaşları ayırıb.
Qeyd edək ki, bundan əvvəl də "Təsir dairəsi" verilişində Anar Vəziroğlunun vəkil Şəfiqə Nağıyeva və proqrama müraciət edən şəxslərlə arasında dava düşmüşdü./Axşam.az/
Həmin görüntüləri təqdim edirik: