📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lalə Məmmədova azadlığa buraxıldı - FOTO

2026-08-20 16:45:45

Lalə Məmmədova azadlığa buraxıldı - FOTO

Bir müddət öncə həbs edilən "By Ella" ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb.

Hurriyyet.media  "Unikal"a istinadən xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib.

Bununla da bloqer azadlığa buraxılıb.

Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

Daha sonra Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Hava limanında saxlanılıb həbs edilən By Ella azadlığa buraxıldı