📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lalə Mustafayevanın səhhəti pisləşib: "10 gündür ki..." - FOTO

2023-04-21 19:20:00

Lalə Mustafayevanın səhhəti pisləşib:

Aparıcı Lalə Mustafayevanın səhhəti pisləşib. 

Hurriyyet.Az azxəbər-ə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

Lalə 10 gündür ki, xəstə olduğunu qeyd edib:

"Səhhətimlə bağlı yazıb narahat olan hər kəsə təşəkkür edirəm. Çox pis qrip gəzir. 10 gündür ki, dərman, iynə qəbul etsək də hələ də düzəlmirik. Çox ağır keçirdirik. Öskürək, ağ ciyərlər incidir, halsızlıq, qulaqlarda ağrı, gözlər yanır, sümüklər ağrıyır".
 
Qeyd edək ki, Lalə Mustafayeva MTV kanalında yayımlanan "Toya gəlmişik" verilişinin aparıcısıdır. Proqramda bölgələrdə baş tutan toy məclisləri nümayiş olunur.

Məqaləyə dair fotomateriallar: