Lamin Yamal Bakıya gəlməyəcək
2026-11-23 16:32:31
“Barselona”nın ulduzu Lamin Yamal Bakıya gəlməyəcək.
Hurriyyet.net xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, “Vilyareal” ilə matçda zədələnən 18 yaşlı oyunçu Çempionlar Liqasında “Sabah”la matç üçün Azərbaycana gəlməyəcək. O, bərpa prosesi üçün Barselonada qalacaq.
Qeyd edək ki, noyabrın 25-i Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.