📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Laos prezidenti Fəxri xiyabanı ziyarət etdi

2026-10-13 18:54:56

Laos prezidenti Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Laos Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib.

Hurriyyet.net  xəbər verir ki, Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.