📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Latın əlifbasına keçidə tələsmək lazım deyil” – Qazaxıstan prezidenti

2022-02-18 10:36:00

“Latın əlifbasına keçidə tələsmək lazım deyil” – Qazaxıstan prezidenti

“Biz qazax dilini qoruyub saxlayacağıq. Başqa cür ola da bilməz. Çünki tarixin ən çətin anlarında dilimiz müdrik əcdadlarımızın, xalqımızın sayəsində qorunub saxlanıb”.

Hurriyyet.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaqstan” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, ölkədə dil islahatı da aparılmalıdır: “Latın əlifbasına keçid məsələsində tələsmək lazım deyil. Buna ciddi yanaşmaq lazımdır. Dil siyasəti çox həssas mövzudur”.

“Xalqımız çox ciddi sınaqlardan keçib və bütün çətinliklərə qalib gəlib”, – deyə prezident Tokayev bildirib.