📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Latviya: Gürcüstan Avropanın bir hissəsi olmaq istəyir

2026-10-12 19:38:14

Latviya: Gürcüstan Avropanın bir hissəsi olmaq istəyir

“Gürcüstan əhalisi Avropanın bir hissəsi olmaq istəyir. Təəssüf ki, hökumət müvafiq addımlar atmayıb”.

Hurriyyet.net "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında Latviyanın xarici işlər naziri Bayba Braje bildirib.

Gürcüstan hökuməti ilə hər hansı dialoqun olub-olmadığı barədə suala cavab verən Braje bildirib ki, Latviyanın Gürcüstanda səfirliyi fəaliyyət göstərir və Riqada yeni səfirə akkreditasiya verilib:

"Gürcüstan beynəlxalq proseslərdən kənarlaşdırılmayıb. Lakin Avropa İttifaqına üzvlük yolunda atılmalı addımlara gəlincə, bu, gürcü xalqının istəyidir. Xalq hökumətdən fərqli bir şey istəyir".