📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Latviya öz vətəndaşlarından aldığı avtomobilləri Kiyevə verir

2024-08-28 13:15:18

Latviya öz vətəndaşlarından aldığı avtomobilləri Kiyevə verir

Hurriyyet.az xəbər verir ki, Latviya hökuməti içkili vəziyyətdə sükan arxasına keçən sürücülərdən müsadirə edilən daha 20 avtomobili Kiyevə verəcək. Bu barədə "Delfi" portalı məlumat verib. Portalın məlumatına görə, Latviya hökuməti müvafiq qərarı avqustun 27-də qəbul edib. Veriləcək avtomobillərin ümumi dəyəri təqribən 118 min avro məbləğində qiymətləndirilib. Həmin avtomobillərin ilk növbədə Ukraynanın Müdafiə Nazirliyinə, Milli Qvardiyasına, həmçinin, bir sıra tibb müəssisələrinə və bələdiyyələrə verilməsi planlaşdırılıb.
Latviya əvvəllər də sərxoş sürücülərin əlindən alınmış onlarla maşını Ukraynaya verib.
Hürr Tərcüman