📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

2026-04-15 14:41:10

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.

Bu barədə "Report"a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze deyib.

"Yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir", - o deyib.