Latviya Prezidenti Gürcüstan əleyhinə çağırış edib
2024-06-07 17:31:34
Hurriyyet.az xəbər verir ki, Latviya Prezidenti Edqars Rinkeviçs Gürcüstanın Aİ-dəki namizədlik statusunu dayandırmağa çağırıb və Avropa İttifaqının Gürcüstanla münasibətdə indiki siyasətini tənqid edib. Rinkeviçs bu fikirlərini "Riga StratCom Dialogue 2024" konfransındakı çıxışında səsləndirib.
Onun fikrincə, Rusiyanın Gürcüstana təsirinin artmasına cavab olaraq, Brüssel təcili və sərt addımlar atmalıdır.
Hürr Tərcüman