Latviyada səfərbərlik! Bütün qüvvələr Belarusla sərhədə cəmlənir
Hurriyyet.az xəbər verir ki, Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhdələrini gücləndirmək üçün öz əməkdaşlarını məzuniyyətdən geri çağırır. Bu barədə məlumatı Latviya Sərhəd Xidməti verib. Açıqlamada deyilir: “Qərar Latviya-Belarus sərhədində artan hibrid təhlükə ilə əlaqədar verilib. Ötən sutka ərzində sərhəd xəttində 96 qanunsuz keçid cəhdi qeydə alınıb”.
Latviya Dövlət Sərhəd Xidməti öz əməkdaşlarına illik məzuniyyət verməyi dayandırıb, artıq məzuniyyətə çıxmış şəxslər isə işə çağrılıblar. Sərhəd Xidməti Silahlı Qüvvələrdən və Milli Polisdən yardım istəyib. İdarə əlavə xidmətdə olan sərhədçiləri də səfərbər etdiyini də bildirib.
Qeyri-rəsmi mühacir axınının artması və Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinin muzdlularının yerləşdirilməsi ilə əlaqədar, Latviyanın Nazirlər Kabineti avqustun 8-də Belarus-Latviya sərhədinin mühafizəsinin gücləndirilmiş rejimə keçməsini qərara alıb.
Hürr Tərcüman