Latviyadan geri çağırıldı - İsveç Krallığında səfir təyin edildi
2026-08-12 12:04:43
Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Hurriyyet.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, E.Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.