Latviyadan Rusiyaya qarşı sanksiyalar
Latviya polisi Rusiya konsulluğunu qorumayacaq
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Latviya polisi daha Rusiyanın Dauqavpils və Liepaydakı konsulluqlarını qorumayacaq. Bu xəbəri Latviyanın LMS portalı paylaşıb. Bu konsulluqların diplomatik işçiləri Latviyada arzuolunmaz şəxs elan ediliblər.
Aprel ayının əvvəlində Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviç bildirmişdi ki, Rusiya ordusunun Ukraynadakı hərbi cinayətlərindən sonra Latviya Rusiya diplomatik münasibətlərini məhdudlaşdırır və Dauqavpils ilə Liepaydakı konsulluqlarını bağlayır.
Yalnız dəfn mərasimlərində iştirak edənlərə viza veriləcək
Qeyd edək ki, Latviyanın Rusiyadakı səfirliyinin əməkdaşları dəfn mərasimlərində iştirak üçün müraciətlər istisna olmaqla, Rusiya vətəndaşları üçün viza verilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
İqtisadi əməkdaşlıq dayandırılır
Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq barəsində hökumətlərarası razılaşmanın fəaliyyətini də dayandırıb.
Hürr Tərcüman