📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: “İran da Türkiyə-Suriya danışıqlarında iştirak edəcək”

2023-01-31 20:39:00

Lavrov:  “İran da Türkiyə-Suriya danışıqlarında iştirak edəcək”

Hurriyyet.az xəbər verir ki, Türkiyə, Suriya ilə Rusiya İranın da Ankara ilə Dəməşq arasındakı münasibətlərin normallaşdırılmasında iştirakı barəsində razılığa  gəliblər.

Bu barədə açıqlamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov verib. Diplomat bu məsələdə prinsipial razılaşmanın əldə edildiyini deyib, Moskva, Ankara və Tehranın Suriya problemi ilə məşğul olan “Astana üçlüyü”nün üzvləri olduğunu xatırladıb. Lavrovun sözlərinə görə, buna görə  də, “Rusiya ilə İran tərəflərinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması üzrə yeni təmaslarda iştirakı tamamilə məntiqidir”.

RF XİN rəhbərinin sözlərinə görə, gələcək danışıqların tarixləri və formatı hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, bu günlərdə İran Prezidenti İbrahim Rəisinin Dəməşqə səfərə hazırlaşdığı xəbəri verilmişdi.

Hürr Tərcüman