Lavrov ABŞ-a səfər edib
2024-01-22 10:35:30
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Fələstin və Ukrayna münaqişələri ilə bağlı iclaslarında iştirak eləmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib.
Xəbər verdiyimiz kimi, Fələstinlə bağlı iclasın yanvarın 23-də keçirilməsi planlaşdırılır.
Hürr Tərcüman