📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov: “ABŞ, NATO və Aİ Ermənistan vasitəsilə Qafqaza daxil olur”

2023-10-12 14:03:53

Lavrov: “ABŞ, NATO və Aİ Ermənistan vasitəsilə Qafqaza daxil olur”

Hurriyyet.az xəbər verir ki,  RF XİN rəhbəri Sergey Lavrov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş MDB sammitindən sonrakı mətbuat konfransında deyib: “Rusiya Ermənistan vasitəsi ilə Cənubi Qafqazda NATO maraqlarının irəliləməsi cəhdlərini qeydə alır. Ermənistanda antirusiya ovqatının yüksəldilməsi əsasən süni şəkildə meydana çıxır”.

Lavrov deyib: “Son illərdə Ermənistanda yaradılmış qeyri-hökumət təşkilatlarının nə qədər çox olduğundan xəbərdarıq. Elə əvvəllər də az olmayıb. Bu təşkilatların yaradılmasının məqsədi heç də Ermənistan ilə RF arasındakı dost münasibətin daha da yaxşılaşdırılması deyil. Əksinə, məqsəd – antirusiya ovqatı üçün zəmin yaratmaq və bu regionda Ermənistan vasitəsi ilə ABŞ, Aİ ölkələri və NATO-nun maraqlarının təmin edilməsinə hazırlıq görməkdir. Bu cəhdlər müəyyən nəticələr verməkdədir. Lakin Rusiya dərindən əmindir ki, erməni xalqının mütləq əksəriyyəti RF ilə ənənəvi qardaş münasibətlərin inkişafında maraqlıdır”.

Hürr Tərcüman