Lavrov: “Belarusu Ukraynanın təhlükəsizliyinin təminatçıları arasında görmək istəyirik”
2022-04-08 17:50:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın Belarusun Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr arasında olmasını istədiyini bildirib.
Lavrov deyib: “Hazırda bütün məsələlər, o cümlədən, təminatçı ölkələrin tam siyahısı razılaşdırılır. Biz Belarus Respublikasının hökmən təminatçı ölkələr arasında olmasını təklif eləmişik”.
Hürr Tərcüman