📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov "bişmiş toyuğu güldürdü": Rusiya ukraynalıları "zülmdən xilas etmək" üçün xüsusi əməliyyat aparır...

2022-02-25 14:24:00

Lavrov

Lavrov bildirib ki, Rusiya ukraynalıları "zülmdən azad etmək" üçün hərbi əməliyyat keçirir. Bu barədə “İnterfaks” xəbər verir. Xəbərdə bildirilir ki, Rusiyanın XİN naziri Sergey Lavrov Rusiyanın ukraynalıları zülmdən azad etmək və onlara öz gələcəklərini təyin etmək imkanı vermək üçün Ukraynada xüsusi hərbi əməliyyat keçirdiyini deyib.
Lavrov bunu qondarma "LXR-in XİN naziri" Vladislav Deineqo və "DXR-ın XİN nazirinin birinci müavini" Sergey Peresada ilə görüşündə deyib.
Həmin görüşdə Lavrov Kiyevin cinayətlərinin Ukraynanı faciəyə sürüklədiyini və Qərbin buna əhəmiyyət vermədiyini bildirib.
P.S. Post-sovet məkanını, o cümlədən Ukraynanı fəlakətə sürükləyənin Rusiya olduğundan bixəbər olan Lavrov, az qalıb, Mussolini kimi başda Putler olmaqla ayağınızdan asılacaqsınız...O gün uzaqda deyil...Rədd ol Lavrov!

Ülviyyə, Hurriyyet.az